Qazaxıstan şirkəti Azərbaycanın bərpa olunan enerji bazarına daxil olmaq istəyir

Qazaxıstanın elektrik şəbəkələrinin qurulması və layihələndirilməsi ilə məşğul olan şirkəti - “Qaz Energetika Qrup Layihəsi İnstitutu “ MMC Azərbaycanın bərpa olunan enerji bazarına daxil olmaq istəyir.

Bunu “Report”a açıqlamasında şirkətin baş direktoru Abduazhitov Saken bildirib.

“Azərbaycanda tərəfdaşlar tapmaq, yerli şirkətlərlə sıx əməkdaşlıq etmək, tətbiq elmlərini ölkənizdə inkişaf etdirmək, bir sözlə, Azərbaycanın elektrik şəbəkələrini qurmaq, tikiləcək külək və günəş elektrik stansiyalarını layihələndirmək istəyirik. Böyük potensialımız var, Qazaxıstanda bir sıra şirkətlərin elektrik şəbəkələrinin layihələndirilməsində iştirak etmişik. Bizə məlumdur ki, Azərbaycanda belə şirkətlərin sayı çox azdır. "Azərenerji” ASC-nin rəsmiləri ilə görüşlərimiz olub. Birgə fəaliyyətə dəvət gözləyirik”, - deyə o, qeyd edib.

Digər xəbərlər