Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Bakı. 20 avqust. REPORT.AZ/ Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb. 

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır. 

Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 29 sentyabr, 2026 / 09:57