Qazaxıstan öz neftinin ixracı üçün Bakı - Supsa neft kəmərindən istifadənin mümkünlüyü məsələsi ilə bağlı məsləhətləşmələr aparır.
Bunu Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov "Report"un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq bildirib.
"Hazırda Bakı - Supsa marşrutundan mümkün istifadə məsələsi ilə bağlı Azərbaycan tərəfi və müvafiq neft şirkətləri ilə məsləhətləşmələr aparılır. Eyni zamanda bu istiqamətdə neftin nəqlinin kommersiya və texniki parametrləri üzərində iş aparılır", - o qeyd edib.
Energetika Nazirliyində həmçinin qeyd ediblər ki, Qazaxıstan neftinin Bakı - Tbilisi - Ceyhan (BTC) marşrutu ilə nəqli həcmlərinin artırılması istiqamətində iş aparılır.