"Qara qızıl" cüzi bahalaşıb

Birjaların Çində “qara qızıl” xammalına tələbatın artım perspektivlərini qiymətləndirməsi fonunda neft qiymətləri cüzi artıb.

"Report" xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,18 % bahalaşaraq 1 bareli 79,94 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,37 % artaraq 1 bareli 75,66 ABŞ dolları təşkil edib.

Birjalar Çin rəsmilərinin 2023-cü il üçün iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi üzrə iclasda istehlakın bərpası və genişləndirilməsinin "prioritet olmalı” olduğu ilə bəyanatlarını qiymətləndirir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40