Bu ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 560 min 465,29 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 390 milyon 606,14 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya ixrac olunmuş neftin həcmi 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 79,5 %, dəyəri isə 3,16 dəfə çoxdur.
Azərbaycandan Portuqaliya ixrac edilən xam neftin ümumi ixracında payı 9,52 % olub. Portuqaliya idxal həcmlərinə görə Azərbaycandan xam neft idxal edən ölkələr sırasında ikinci yerdədir. Ötən ilin eyni dövründə isə Portuqaliya bu siyahıda beşinci olub, ikinci yerdə isə Hindistan qərarlaşmışdır.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun həcmi 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.