Polşa Rusiyadan neft tədarükünü dayandırıb

Polşa Rusiya neftinin “Drujba” magistral boru kəməri ilə tədarükünü dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Neft və “PKN Orlen”in baş direktoru Daniel Obaytek tviterdə bildirib.

Obaytekin sözlərinə görə, neftin yalnız 10%-i Rusiyadan tədarük olunurdu və bundan sonra digər mənbələrlə əvəz olunacaq.

O qeyd edib ki, bu, son illərdə Polşa tərəfindən aparılan tədarükün şaxələndirilməsi sayəsində mümkün olub.

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00