"Pirallahı adası-quru" yatağında ilk horizontal quyu istismara verilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti "Pirallahı adası-quru" yatağındakı 1211 nömrəli quyunu qazmadan sonra istismara verilib.

Dövlət Neft Şirkətindən "Report"a verilən məlumata görə, "Abşeronneft" Neft-Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılmış quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, bu, müasir texnika və texnologiyadan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur. 

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31