Pirallahıda bir qrup abonentin qaz təchizatı dayandırılıb

Pirallahı rayonunda bu gün səhər saatlarında bir qrup abonentin qaz təchizatı dayandırılıb.

“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatının dayandırılması “Pirallahı yeni” və “Bir may” ölçü qovşağına gələn qaz xəttində aparılan təmir işləri ilə əlaqədardır.

Bildirilib ki, təmir işləri yekunlaşan kimi qazın verilişi bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 fevral, 2026 / 09:34