Venesuelanın neft naziri və PDVSA şirkətinin rəhbəri Manuel Kevedo Azərbaycana səfərə gələcək.
"Report" Venesuelanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, M.Kevedo martın 18-də Bakıda keçiriləcək OPEC və OPEC-ə üzv olmayan ölkələrin 13-cü nazirlər görüşündə iştirak edəcək.
Daha əvvəl "Report" Təşkilat Komitəsinin 2019-cu ilin yanvarında qüvvəyə minən yeni OPEC+ sazişini də monitorinq edəcəyini bildirib.