Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 15,588 milyon ABŞ dolları dəyərində 57 min 877 ton neft bitumu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,7 % çoxdur, kəmiyyət olaraq – 0,8 % azdır.
Hesabat dövründə Gürcüstana 7,379 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 40,7 % artıb) 25 min 527 ton (-4,4 %), Türkiyəyə 6,478 milyon ABŞ dolları dəyərində (+6,4 dəfə) 25 min 052 ton (+4,1 dəfə), Özbəkistana 732,64 min ABŞ dolları dəyərində (+66,5 dəfə) 2 min 756 ton (+43 dəfə), Ukraynaya 511,58 min ABŞ dolları dəyərində (-3,6 dəfə) 2 min 507 ton (-4 dəfə), Türkmənistana 439,91 min ABŞ dolları dəyərində (-6,4 dəfə) 2 min ton (-7,6 dəfə) məhsul ixrac edilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricə (5 ölkəyə) satdığı 187 min 527 ton neft bitumunun 55,4 %-i Gürcüstanın payına düşüb.