2021-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 460 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Bildirilir ki, bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 310,4 milyon ABŞ dolları və ya 3,07 dəfə çoxdur.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,7 milyard ABŞ dolları təşkil edib.