2021-ci ildə Azərbaycanda təbii qaz istehlakı 8,4 % artıb.
Bu barədə “Report” SOCAR-ın iqtisadi nailiyyətləri ilə bağlı açıqlanan məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, təbii qaz istehlakının artımına ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,3 %-ə çatdırılması, habelə karbamid gübrəsinin istehsalının 3 dəfə artırılması təsir göstərib.