2024-cü ildə Azərbaycan xarici ölkələrə 126,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Bu, 2023-cü ili göstəricisi ilə müqayisədə 43,2 milyon ABŞ dolları və ya 52,05 % çoxdur.
Ötən ilin dekabr ayında isə Azərbaycan 13,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 28,6 % çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə yeyinti məhsullarının ixracı 11,3 % artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.