Ötən il Azərbaycan 2 ölkəyə antifriz ixracını bərpa edib

2021-ci ildə Azərbaycana xaricdən 5 milyon 414,39 min ABŞ dolları dəyərində 4 min 922,26 ton antifriz və donmaya qarşı hazır maye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 39,9 %, kəmiyyət olaraq – 23,7 % çoxdur.

Rusiyadan 2 milyon 316,52 min ABŞ dolları dəyərində 2 min 753,57 ton, Almaniyadan 878,2 min ABŞ dolları dəyərində 390,55 ton, Türkiyədən 654,68 min ABŞ dolları dəyərində 407,31 ton, Ukraynadan 610,53 min ABŞ dolları dəyərində 820,75 ton, Belçikadan 271,69 min ABŞ dolları dəyərində 142,94 ton məhsul alıb.

2020-ci ilin analoji göstəriciləri ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 48,4 % və 20,7 % artıb, Almaniyadan – 46,9 % və 65,5 % artıb, Türkiyədən – 8,4 % artıb və 7,1 % azalıb, Ukraynadan – 28,1 % və 38,4 % artıb, Belçikadan – 65 % və 60,8 % artıb.

Dörd il 4 aylıq fasilənin ardından Avstriyadan tədarük bərpa edilib. Ötən il son 10 ildə ilk dəfə olaraq Azərbaycan Özbəkistandan antifriz alıb. Bu ölkələrdən müvafiq olaraq 0,07 min ABŞ dolları dəyərində 0,01 ton və 0,01 min ABŞ dolları dəyərində 0,02 ton məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan xaricə 66,34 min ABŞ dolları dəyərində 74,96 ton antifriz və donmaya qarşı hazır maye satıb ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 38,54 % və 51,53 % azdır.

Türkiyəyə 28,36 min ABŞ dolları dəyərində 54,69 ton, Türkmənistana 12,19 min ABŞ dolları dəyərində 4,01 ton, Livana 14,23 min ABŞ dolları dəyərində 9,29 ton, Ukraynaya 9,13 min ABŞ dolları dəyərində 6,58 ton, Rumıniyaya 2,17 min ABŞ dolları dəyərində 0,27 ton, Rusiyaya 0,18 min ABŞ dolları dəyərində 0,12 ton, Böyük Britaniyaya 0,09 min ABŞ dolları dəyərində 0,01 ton məhsul göndərilib.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 94,91 % və 33,85 % artıb, Livana – 18,5 % artıb və 7,2 % azalıb, Ukraynaya – 8,2 dəfə və 6,2 dəfə artıb, Rumıniyaya – 97,2 % və 99,7 % azalıb, Rusiyaya 63,6 % və 12 dəfə artıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Böyük Britaniyaya, ilyarımlıq aradan sonra Türkmənistana ixracı bərpa edib.

Digər xəbərlər