Bu ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 238,6 milyon kVt/saat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlarında deyilir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,7 milyon kVt/saat, yaxud 3,2 % artması deməkdir.
Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 milyon kVt/saat, yəni 3,8 % artaraq 23 milyard 748,6 milyon kVt/saat olub.