Yaxın Şərq və Çin şirkətləri "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinə böyük maraq göstərir.
“Report” xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov "Daha yaşıl gələcəyə innovativ yollar: Bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən də maraq müşahidə olunur: “Cümə günü biz Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə layihənin texniki-iqtisadi əsaslandırılmasının maliyyələşdirilməsi haqqında memorandum imzaladıq”.
Beləliklə, Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiyanın iki aparıcı bankının dəstəyi ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin birinci mərhələsinə başlamaq barədə razılığa gəlib.
Sənəd üç dövlətin enerji sistemlərinin birləşdirilməsi və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasına yönəlmiş layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.