2021-ci il ərzində Azərbaycanda gündəlik təbii qaz hasilatı 30,730 milyon kubmetr təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 26,6 % çoxdur.
Bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik 4 trilyon 145 milyon 657 min kubmetr təbii qaz hasil edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 5,8 % çoxdur.