2021-ci ildə Azərbaycanın gündəlik neftə olan tələbatı 107 min barel təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bildirilir ki, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,6 % çoxdur.
Bülletenə əsasən, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik olaraq 96 milyon 922 min barel neftə tələbat mövcud olub. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 6,3 % çoxdur.