2021-ci il ərzində Azərbaycanda gündəlik xam neft hasilatı 590 min barel təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 3,4 % azdır.
Həmçinin bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik 69 milyon 640 min barel neft hasil edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,8 % çoxdur.