“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə danışıqların yekunu üzrə qəbul edilən kommünikedə bildirilib.
Neft ixrac edən ölkələr “OPEC+” Nazirlərinin Monitorinq Komitəsinin növbəti iclasının oktyabrın 4-də keçirilməsi barədə razılığa gəliblər.