OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında qərar qəbul edilib.
Növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.
Aprel ayında keçirilməsi planlaşdırılan Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının mayda baş tutması, iyunun 25-də isə OPEC-in iclasının keçirilməsi qərara alınıb.