OPEK+ çərçivəsində hasilatın həcmi dəyişdirilməyib

OPEK+ formatının iştirakçısı olan ölkələr strateji xəttinə sadiq qalaraq 2022-ci ilin yanvarında da gündəlik hasilatı 400 min barel artırmaq qərarına gəliblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Monitorinq Komitəsinin iclasında bildirilib.

Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu tələbat azalması üzündən ötən ilin may ayında gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaldan alyans bu ilin yazından etibarən hər ay hasilatı 400 min barel artırır. Bununla da 2022-ci ilin sentyabr ayınadək hasilatın ixtisarına dair öhdəliklərə son vermək nəzərdə tutulur.

Qeyd edək ki, öhdəliklərə əsasən dekabr ayında gündəlik hasilat 3,76 milyon barel olmalıdır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40