OPEC: BTC ilə neft ixracı fevralda 15 % artıb

2024-cü ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı orta hesabla sutkada 618 min barel olub.

“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatında məlumat verilib.

“Fevralda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac yanvar ayı ilə müqayisədə sutkada 79 min barel və ya təqribən 15 % artaraq orta hesabla gündəlik 618 min barel səviyyəsinə çatıb”, - neft kartelinin hesabatında deyilir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışı 2006-cı il iyulun 13-də olub. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.

Digər xəbərlər