2021-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 milyard barel təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə eynidir.
Bununla da, OPEC Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini bir ildə dəyişməyib.
Həmçinin qeyd olunur ki, 2021-ci ilin nəticələrinə görə, dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 545 milyard 071 milyon barel təşkil edib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,02 % azdır.