Azərbaycanda aprel ayında orta gündəlik neft hasilatı 484 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, apreldə Azərbaycanda orta gündəlik neft hasilatı mart ayı ilə müqayisədə 5 min barel (1 %) artıb.
Qeyd edək ki, 2023-cü ildə orta gündəlik neft hasilatı 503 min barel təşkil edib.