"Qaz ən perspektivli enerji mənbəyidir. Rusiyanın qlobal qaz hasilatı balansındakı payı artmaqda davam edəcək və 2035-ci ilə qədər 26-27%-ə çata bilər".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak "Rusiya energetika həftəsi-2019" beynəlxalq forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, ötən il Avropaya rekord miqdarda qaz tədarük edən Rusiyada son 10 ildə qaz hasilatı 100 milyard kubmetr artıb.
İqbal Rüstəmov