Norveçin enerji şirkəti Rusiya bazarını tərk edib

Norveçin “Equinor” enerji şirkəti Rusiyadan çıxışını başa çatdırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Equinor” Rusiyanı tam və nizamlı şəkildə tərk edən ilk beynəlxalq neft-qaz şirkətidir.

“Xaryaqa” layihəsindən çıxdıqdan sonra “Equinor”un Rusiyada heç bir aktivi və ya layihəsi qalmayıb”, - şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, “Equinor” şirkəti bu il fevralın 28-də Rusiyadakı birgə müəssisələrdən çıxmaq prosesinə başlayacağını bildirmişdi.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17
Azərbaycan nefti ucuzlaşıb 30 dekabr, 2025 / 09:59