Bu ilin yanvar-may aylarında Azərbaycan Niderlanda 223 min 330,7 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 126 milyon 482,4 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş məhsulun həcmi 2,5 dəfə, dəyəri isə 2,2 dəfə artıb.
Niderlanda ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,15 % olub.
Gömrük bəyannamələrinə əsasən, bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyard 642 milyon 731,3 min ABŞ dolları dəyərində 10 milyon 363 min 108,8 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.