Bu gün Baş nazir, Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının sədri Əli Əsədovun iştirakı ilə Şuranın iclası keçirilib.
"Report" Fonda istinadən xəbər verir ki, iclasda qurumun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.
İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Fondun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin ölkə prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.