Bakı. 10 sentyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1 887 nömrəli stasionar dəniz özülündən 2 680 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 3 088-3 073 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.