Neft 1%-dən çox ucuzlaşıb

Neft 1%-dən çox ucuzlaşıb. İnvestorlar ilk növbədə Çində tələbin azalması perspektivlərini qiymətləndirirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 1,2% ucuzlaşaraq, 1 bareli 107,03 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 1,22% düşərək, 1 bareli 102,52 ABŞ dolları təşkil edib.

Çində koronavirusa yoluxmanın artması fonunda hərəkət məhdudiyyətinin sərtləşdirilməsi "qara qızıl"a olan tələbə təsir edə biləcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah Şağanda qaz olmayacaq 01 aprel, 2026 / 17:00