"Moody’s" 2020-ci ilədək neft qiymətlərinə dair proqnoz verib

Bakı. 10 dekabr. REPORT.AZ/ "Moody’s" beynəlxalq reytinq agentliyi 2020-ci ilədək neftin bir barelinin 50-70 dollar aralığında satılacağı qənaətindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, agentliyin proqnozuna əsasən, OPEC və Rusiyanın hasilatı azaltmaq qərarı dünya bazarında təklif və tələbat arasında tarazlaşdırıcı rol oynayacaq.

Digər xəbərlər