Misirin “Zöhr” yatağından ilk qaz hasil olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Misirin Aralıq dənizindəki indiyədək kəşf edilən ən böyük qaz yatağı olan “Zöhr” qaz yatağından ilk qaz hasil olunub.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “Eni” (İtaliya) şirkəti məlumat yayıb.

Qeyd edək ki, “Zöhr” yatağı 2015-ci ilin avqust ayında “Eni” şirkəti tərəfindən kəşf edilib. Yatağın ehtiyatları 30 trln. kubfut həcmində qiymətləndirilir. Yataqda “Eni” 60%, “Rosneft” 30%, BP 10% paya malikdir.

Digər xəbərlər