Mingəçevirdə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan fasilə tam bərpa edilib.

Bu barədə "Report"a “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Mingəçevirdə iyunun 30-da güclü külək səbəbindən irigövdəli ağac elektrik xəttinin üzərinə aşıb. Nəticədə iki küçəni elektrik enerjisi ilə təmin edən xətt qırılıb.

Digər xəbərlər

SOCAR Balakhani şirkəti yaradılıb 01 oktyabr, 2026 / 16:49