Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Macarıstanın həcminə görə ikinci ən böyük yeraltı qaz anbarında qaz sızması və yanğın baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Haydusoboslo şəhəri yaxınlığındakı qaz anbarına nəzarət edən “Magyar Foldgaztarolo Zrt.” şirkəti yanğının qaztoplama məntəqəsində baş verdiyini açıqlayıb.
Alovları 15 m yüksəkliyə qalxan yanğını hələlik söndürmək mümkün olmayıb. Yaralıların olmadığı bildirilir.