Liviyada neft hasil edilən infrastuktura silahlı hücumlar hasilatın tamamilə dayandırılmasına səbəb ola bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Şirkətinin rəhbəri Mustafa Sanalla Ciddədə jurnalistlərə bildirib.
O deyib: “Əgər vəziyyət indiki kimi davam edərsə, Liviya 95% neft hasilatını itirə bilər".
Onun sözlərinə görə, hazırda gündəlik neft hasilatının həcmi, təxminən, 1,3 mln. barel təşkil edir.