İlham Mirzəliyev: "İstilik xətləri və qazanxanaların ərazisindəki qanunsuz obyektlər problem yaradır"

İstilik xətlərinin və qazanxanaların təhlükəsizlik zonalarında tikilmiş qanunsuz obyektlər ciddi problemlər yaradır.

“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib. 

Önun sözlərinə görə, xüsusilə 1990-cı illərdən başlayaraq müxtəlif səbəblərdən istilik sistemlərinin mühafizə zonalarında yaşayış evləri və digər tikililər inşa olunub.

“Məsələn, istilik elektrik mərkəzindən çıxan, 13 atmosfer təzyiqlə və 90 dərəcə temperaturla çalışan 700 mm-lik əsas istilik xəttinin üzərində yüzlərlə fərdi evin – gecəqonduların – tikilməsi böyük təhlükə yaradır. Bundan başqa, istilik xətləri və qazanxanaların üstündə tikilən obyektlər – qarajlar, mehmanxanalar və digər qeyri-qanuni tikililər istilik təsərrüfatının inkişafına mane olur”, - İ. Mirzəliyev.qeyd edib.

O əlavə edib ki, istismar müddəti bitmiş qazanxanaların mərhələli şəkildə yenilənməsinə başlanılıb: "İlkin mərhələdə 5 müasir tipli qazanxana tikilərək istifadəyə verilib. Hazırda “Azəristiliktəchizat” ASC-nin balansında 534 qazanxana, 100-ə yaxın istilik məntəqəsi və 634 istilik təchizatı obyekti var. Şirkət ümumilikdə 1 000 kilometrdən artıq istilik xəttinə xidmət göstərir”.

Xəbər lenti