Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılmasına 5 milyon 250 min 804,33 manat vəsait sərf olunacaq.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Tikinti işlərini "Smart Energy Services" MMC aparacaq. O, “Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, müqavilə predmeti olan işlərin həyata keçirilməsi üçün xərc ehtimal olunan qiymətdən 538,5 min manat və ya 9,3 % azdır.