Bu ilin yanvar-iyun aylarında Qazaxıstanın “KazMunayQaz” (KMG) milli neft-qaz şirkətinin xalis mənfəəti 492 milyard təngə (1 milyard 088 ABŞ dolları) təşkil edib.
“Report”un məlumatına görə, bu barədə “KazMunayQaz” şirkətinin 2023-cü ilin ilk 6 ayının istehsalat nəticələri ilə bağlı açıqladığı hesabatda deyilir.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36,6 % azdır.
Hesabat dövründə KMG 3 trilyon 943 milyard təngə (8 milyard 726 milyon ABŞ dolları) həcmində gəlir əldə edib. Bildirilib ki, bu, 2022-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 15,1 % azdır.
2023-cü ilin yanvar-iyun aylarında sərbəst pul axının həcmi 217 milyard təngə (481 milyon ABŞ dolları) olub ki, bu da illik müqayisədə 61,9 % azdır.
İyunun 30-na şirkətin ümumi borcu 3 trilyon 977 milyard təngə (8 milyard 788 milyon ABŞ dolları) təşkil edib. Bu da 2022-ci ilin eyni dövrünə nisbətən 4 % azdır. Şirkətin xalis borcu il ərzində 5,2 % artaraq 2 trilyon 255 milyard təngə (4 milyard 983 milyon ABŞ dolları) təşkil edib.
Xatırladaq ki, “KazMunayQaz” Qazaxıstanın aparıcı şaquli inteqrasiya olunmuş neft-qaz şirkətidir. KMG karbohidrogenlərin kəşfiyyatı və hasilatından tutmuş daşınmasına, emalına və xüsusi xidmətlərin göstərilməsinə qədər bütün hasilat dövrü ərzində aktivləri idarə edir. 2002-ci ildə yaradılan şirkət Qazaxıstanın ölkənin neft-qaz sənayesində maraqlarını təmsil edir.