Bu ilin iyul ayında Azərbaycanda gündəlik 490 min barel neft hasil olunub.
Report bu barədə “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.
Hesbata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik xam neft hasilatı üzrə kvotası 551 min barel, iyul ayında faktiki hasilat 490 min barel təşkil edib.
“Beləliklə, Azərbaycan iyulda "OPEC+" kvotasından 61 min barel geri qalıb”, - sənəddə qeyd olunub.
Bundan əlavə, iyun ayı ilə müqayisədə iyulda Azərbaycanda gündəlik neft hasilatı 10 min barel artıb.