İlin birinci yarısında Azərbaycan qaz hasilatını 15 %-dən çox artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 23,4 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyun ayları üzrə operativ məlumatlarında deyilir.

Məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 3,1 milyard kubmetr və ya 15,3 % çoxdur.

Belə ki, qazın 6,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 14 fevral, 2026 / 09:10