Oktyabrın 23-də, saat 10:00-da"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul şəhərdəki Heydər Əliyev mərkəzində keçiriləcək.
İ. Mirzəliyev Sumqayıtla yanaşı Abşeron rayonunun sakinlərinin istilik və isti su təchizatı ilə bağlı suallarını cavablandıracaq, onların problemlərini dinləyəcək.