İEA: "Ötən ay Azərbaycan OPEC+ gündəlik neft hasilatı planından geriləyib"

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 0,49 milyon barel təşkil edib.

Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına əsasən məlumat verib.

Bildirilir ki, avqust ayında bu göstərici gündəlik olaraq 0,5 milyon barel səviyyəsində olub.

IEA analitiklərinin hesablamalarına görə, sentyabrda Azərbaycanda gündəlik neft hasilatı OPEC+ sazişi çərçivəsində plandan sutkada 0,19 milyon barel geriləyib.

Xəbər verildiyi kimi, 2023-cü ilin sonuna qədər OPEC+ sazişi çərçivəsində Azərbaycanın neft hasilatı kvotası sutkada 0,684 milyon barel təşkil edir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31