Bu ilin iyun ayında Azərbaycanda neft hasilatının gündəlik həcmi may ayı ilə müqayisədə 0,03 milyon barel çox - 0,49 milyon barel təşkil edib.
“Report” bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” sazişi çərçivəsində plandan 0,06 milyon barel geri qalıb.
“OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) müəyyən edilib.