İran neft-kimya istehsalını 47% artırmaq niyyətindədir

Qarşıdakı iki il ərzində İran neft-kimya məhsullarının istehsalını mövcud 17 milyard ABŞ dollarından 25 milyard dollara çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə  İran neft sənayesi naziri Bijan Namdər bildirib. O qeyd edib ki, beş ildən sonra bu sahədə istehsal həcmi 37 milyard dollara çatdırılacaq.

“Biz neft-kimya sənayesindəki bütün istehsalat ardıcıllıqlarını tam şəkildə yerinə yetirmək üçün əlimizdən gələni etməliyik”.

Xatırladaq ki, İran ABŞ tərəfindən sanksiyalar tətbiq edilən neft-kimya sahəsində tələbatını bütövlükdə daxili istehsalla təmin etməyi hədəfləyir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31