Hindistan Azərbaycandan neft alışını 13 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Hindistana 959 min 145,53 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 770 milyon 016,57 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 13,4 %, dəyəri isə 2,2 dəfə çoxdur.

Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi "qara qızıl" ixracında payı 8,42 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.

Digər xəbərlər