Dekabrın 25-də, saat 12:00-da "Hermes Energy" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 35 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin yenidən təşkil olunaraq MMC-yə çevrilməsi, bununla əlaqədar müstəqil auditor yoxlanmasının aparılması "Moore Stephens Azerbaijan" MMC audit şirkəti ilə müqavilə bağlanılması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Hermes Energy" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkət neft-qaz avadanlıqları təchizatçısıdır.