Gürcüstanın elektrik enerjisi tələbatının 45 %-ni Azərbaycan ödəyib

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1270,9 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilir.

Sənədə əsasən, həmin həcmin 575 milyon kilovatt/saatı və yaxud 45,25 %-i Azərbaycanın payına düşüb.

11 ay ərzində Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 101,79 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31