Bu il Gürcüstanın 2,38 teravat/saat elektrik enerjisi idxal edəcəyi gözlənilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziriliyinin 2022-ci il üzrə təsdiqlədiyi elektrik enerjisinin proqnoz balansında bildirilib.
Sənədə əsasən, idxal həcmi ötən illə müqayisədə 19 % artacaq.
2021-ci ildə qonşu ölkənin elektrik enerjisi idxalı 2 teravat/saat təşkil edib ki, bu da illik müqayisədə 25 % çox olub.
Ötən il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1244,9 milyon kilovatt/saat) olub. Qonşu ölkə Azərbaycandan 600,1 milyon kilovatt/saat, Türkiyədən isə 161,2 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.