Gürcüstanın Azərbaycandan təbii qaz idxalına çəkdiyi xərci cüzi artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 107,28 milyon ABŞ dolları dəyərində 669 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,1 % çoxdur, kəmiyyət olaraq – 15 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 202 milyon ABŞ dolları dəyərində 1 milyard 027 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % və 20 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 94,4 milyon ABŞ dolları dəyərində 359 milyon kubmetr, İrandan 36,8 min ABŞ dolları dəyərində 22,54 min kubmetr, Böyük Britaniyadan 15,14 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, İspaniyadan 3,39 min ABŞ dolları dəyərində 0,43 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.

Digər xəbərlər